"Şamaxı" Azərbaycan milli komandasını məğlub etdi

"Şamaxı" Azərbaycan milli komandasını məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə qarşılaşıb.

Tək qolun qeydə alındığı matç "şirlər"in qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yığmamız dünən ilk sınaq görüşündə "Səbail"i məğlub edib - 1:0.