Mateus Silva "Ayaks"la görüşlə bağlı azarkeşlərə SÖZ VERDİ
"Bizi çox sabah ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Mateus Silva deyib.
Ağdam klubunun braziliyalı müdafiəçisi sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda qarşılaşacaqları "Ayaks"la matç haqqında düşüncələrini paylaşıb:
"Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.
Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq. Keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik".
Xatırladaq ki, sabah "Qarabağ" - "Ayaks" oyunu saat 21:45-də start götürəcək.
