"Turan Tovuz"dan gedənlərin sayı 5 oldu - Növbəti ayrılıq rəsmiləşdi
"Turan Tovuz" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, qərblilər Ayxan Hüseynovu yola salıblar.
27 yaşlı yarımmüdafiəçi 2022-ci ildən Tovuz klubunda çıxış edirdi.
Xatırladaq ki, komanda onadək Şəhriyar Əliyev, Filip Ozobiç, Sergey Samok və Tural Bayramlı ilə əməkdaşlığı dayandırıb.


