Azərbaycan komandası İtaliyada Avropa Oyunlarında 2-ci oldu
Azərbaycan komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarının futzal yarışında uğurlu nəticə əldə edib.
"Mediasport" xəbər verir ki, futzalçılarımız Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan yarışda ikinci yeri tutublar.
Azərbaycan Tələbə Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olan İdman Akademiyasının komandası yarış ərzində İspaniya, Norveç, Portuqaliya kollektivlərini məğlub edərək finala çıxıb.
Komandamızın üzvü Ədalət Ələkbərov turnirin simvolik ən yaxşı beşliyinə seçilib.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandası ötən il analoji yarışda çempion olmuşdu.


