Dünya çempionatı: İlk gündə 4 güləşçimiz mübarizə aparacaq
Bu gün Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) gücünü sınayacaq.
DÇ noyabrın 1-də başa çatacaq.
Azərbaycan mundialda ümumilikdə 23 güləşçi ilə təmsil olunur.

