Millimiz ilk dəfə DÇ oyununu Lənkəran şəhərində keçirəcək
Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.
Azərbaycan Futzal Federasiyasından "Mediasport"a verilən məlumata görə, DÇ-2028-in 12-ci qrupunda yer alan yığma noyabrın 5-də Çexiyanı məhz cənub bölgəsində qəbul edəcək.
Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, 2018-ci ildə istifadəyə verilmiş Lənkəran Olimpiya İdman Kompleksinin idman zalının azarkeş tutumu 788 nəfərlikdir.

