Azərbaycan millisi bu dəfə Qazaxıstan yığmasına uduzdu
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Aktauda Qazaxıstan yığması ilə üz-üzə gəlib.
"BS Arena"da baş tutan görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 9:2.
Komandalar arasında növbəti matç aprelin 15-də reallaşacaq.
Xatırladaq ki, futzalçılarımız daha əvvəl Gürcüstan seçməsinə iki dəfə uduzublar (2:5, 2:4).
