Yığma komandamız Avropa çempionatında Polşaya uduzdu
20 yaşadək qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) təsnifat mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmamız Polşa komandası ilə qarşılaşıb.
Görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu U-20 oktyabrın 24-də Latviya voleybolçuları ilə qarşılaşacaq.

