Yığmamız AÇ-nin ikinci matçında da "quru hesab"la uduzdu

 Yığmamız AÇ-nin ikinci matçında da "quru hesab"la uduzdu

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub.

"Mediasport" xəbər verir ki, Gökhan Edmanın rəhbərlik etdiyi komandamız A qrupunda bu dəfə Latviya seçməsinə məğlub olub - 0:3.

Yığmamız dünən Polşa voleybolçularına da eyni hesabla yenilmişdi.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda 2-ci və 3-cü yerləri tutacaq komandalar imüvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında turnirdəki yekun sıralamalarını müəyyənləşdirəcəklər.