Fərhad Rəcəbli karyerasında 12-ci dəfə Avropa çempionu oldu

Fərhad Rəcəbli karyerasında 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk yarış günü Azərbaycan komandası üçün uğurlu alınıb.

90 kq çəki dərəcəsində yarışan təcrübəli cüdoçumuz Fərhad Rəcəbli M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək növbəti dəfə qitə birinciliyinin qızıl medalını qazanıb.

Bununla da 12 qat dünya çempionu Avropa çempionluğunu da 12-yə çatdırıb.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 25-dək davam edəcək birincilikdə 15 idmançı ilə təmsil olunur.