"Sabah"ın iki futbolçusu ÇL-də fərqlənənlər sırasında yer aldı
UEFA Çempionlar Liqasında əsas mərhələnin 3-cü turundan sonra geridə qalan görüşlərin statistik göstəriciləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi "Sabah"ın iki futbolçusu fərqlənənlər sırasında yer alıb.
Masazır klubunun qapıçısı Stas Pokatilov qurtarış sayına görə ilk üçlüyə düşüb. Qazaxıstanlı qolkiperin hesabında 18 seyv var.
"Bayquşlar"ın cinah futbolçusu Akim Zedadka isə 3 turda 22 dəfə topu almaqla fərqlənib. Əlcəzairli müdafiəçi bu göstərici ilə 7-ci pillədə qərarlaşıb.



