"Şamaxı"da yeni təyinat oldu
“Şamaxı” Futbol Klubunda yeni təyinat olub.
"Mediasport" xəbər verir ki, Mövlan Paşayev bölgə təmsilçisinin İdarə Heyətinin strateji məsələlər üzrə müşaviri təyin olunub.
İdarəetmə və biznes məsləhət xidmətləri sahəsində təcrübəyə malik Paşayev 10 ildən çox “Böyük Dördlük” adlanan konsaltinq şirkətlərindən birinin idarəedici partnyoru vəzifəsində çalışıb.
Hazırda dünyanın ilk biznes məsləhət şirkəti olan "Artur D.Little"ın Azərbaycanda təmsilçisidir.
İxtisasca hüquqşünas olan mütəxəssis ABŞ-nin Dyuk Universitetində təhsil alıb və ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
M.Paşayevin fəaliyyəti klubun strateji prioritetlərinin müəyyənləşdirilməsi, yeni kommersiya imkanlarının qiymətləndirilməsi və marketinq fəaliyyətinin inkişafına dəstəyi əhatə edəcək.

