Dünya çempionatına 6:0 hesablı qələbə ilə başladıq - VİDEO
Azərbaycan millisi Bakıda start götürən FİFA U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Timor-Leste yığması ilə qarşılaşıb.
Bakı Kristal Zalında keçirilən görüş komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə vurublar.
Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.
Komandamız ümumilikdə oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da Avstraliya, oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.

