Bakıdakı dünya çempionatı və festivalı 81 hakim idarə edəcək
Bakıda təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalının oyunlarını 81 hakim idarə edəcək.
Bu barədə AFFA-dan "Mediasport"un sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, onların 75-i Azərbaycan, 6-sı isə Türkiyə və Gürcüstan təmsilçiləri olacaq.
Azərbaycan millisinin iştirakı ilə keçiriləcək oyunlar əcnəbi hakimlərə tapşırılacaq.
Qeyd edək ki, 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan mundial dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.
Oyunları oktyabrın 24-dən 30-dək keçiriləcək. DÇ-də 189 ölkə komandası yarışacaq.

