"Baku Open - 2025" Beynəlxalq Şahmat Festivalının açılışı reallaşdı

Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, tədbir “Bakı Kristal Zal”ın Sərgi Mərkəzində baş tutub.
Mərasimə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, qurumun rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın qatılıblar.
Azərbaycan Şahmat Federasiyasının Prezidenti Mahir Məmmədov, gənclər və gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç çıxış ediblər.
Qeyd edək ki, mayın 7-dək davam edəcək festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarıdır.
Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparacaq.