Veteran cüdoçularımızdan Avropa çempionatında daha 2 medal

 Veteran cüdoçularımızdan Avropa çempionatında daha 2 medal

Portuqaliyanın Portiman şəhərində cüdo üzrə veteranlar arasında Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafat əldə ediblər.

Xatırladaq ki, startda Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.