Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin prezidenti seçildi
Nenad Laloviç növbəti dəfə Dünya Güləş Birliyinin (UWW) prezidenti seçilib.
"Mediasport" xəbər verir ki, bu barədə UWW-nin mətbuat xidməti məlumat yayıb.
Qərar Dünya Güləş Birliyinin Qazaxıstanın paytaxtı Astanada keçirilən Konqresində açıqlanıb.
68 yaşlı serbiyalı funksioner seçkidə yeganə namizəd olub.
Xatırladaq ki, balkanlı 2014-cü ildən UWW-yə rəhbərlik edir.

