DÇ-də millimiz ən çox "Neftçi"nin futbolçusu ilə təmsil olunacaq

DÇ-də millimiz ən çox "Neftçi"nin futbolçusu ilə təmsil olunacaq

"Neftçi" oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FİFA U-15 dünya çempionatı və festivalında 6 futbolçu ilə təmsil olunacaq.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi mundial üçün Azərbaycan millisinə ən çox oyunçu göndərən klubdur.

"Ağ-qaralar"ın akademiyasından Emil Quliyev, Əkbər Nağıyev, Kənan Əzimov, Qafar Babayev, Said Bayramov və Sübhan Əlizadə yığmanın heyətinə cəlb olunublar.

Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununu oktyabrın 24-ü saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.

U-15 oktyabrın 25-i saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq.

Oktyabrın 26-da rəqiblərimiz saat 11:30-da İsrail, 18:15-də Haiti yığmaları olacaq.

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

1000-ə qədər matçın keçiriləcəyi yarışda 189 ölkənin komandası mübarizə aparacaq.