Eldəniz Əzizli 5-ci dəfə dünya çempionatının finalında!
Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) bütün görüşlərini uğurla dəf edərək finala vəsiqə qazanıb.
O, yarımfinalda gürcüstanlı dünya çempionu Vaxtanq Loluanı 5:1 hesabıilə məğlub edib.
Sənan Süleymanov (77 kq) isə az sonra yarımfinal görüşünə çıxacaq.
Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzub.
DÇ noyabrın 1-də başa çatacaq.
Azərbaycan mundialda ümumilikdə 23 güləşçi ilə təmsil olunur.

