Süleymanov Avropa çempionu oldu

  Süleymanov Avropa çempionu oldu

Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Zülfüqar Süleymanov (71 kq, M-40) birdən qaldırma hərəkətində 109 kq, təkanla qaldırmada 135 kq nəticə göstərib. 

O, iki hərəkətin cəmində topladığı 244 kq nəticə ilə Avropa çempionu olub.

İdmançımız eyni zamanda birdən qaldırma hərəkətində 109 kq nəticə ilə şəxsi rekordunu da yeniləyib.

Digər təmsilçimiz Səddar Quliyev (79 kq, M-75) isə birdən qaldırmada 52 kq, təkanla qaldırmada 65 kq nəticə göstərərək iki hərəkətin cəmində gümüş medal qazanıb.