"Fənərbaxça" İngiltərə səfərində - Avroliqada pley-off yekunlaşır
Bu gecə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
"Mediasport" xəbər verir ki, bununla da 1/8 finala vəsiqə qazanan kollektivlərin siyahısı tamamlanacaq.
Türkiyənin yarışda təmsilçisi "Fənərbaxça" İngiltərədə meydana çıxacaq.
Xatırladaq ki, birbaşa Liqa mərhələsindən "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyulland" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala yüksəliblər.
UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunları
21:45. "Ferensvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) İlk oyun – 1:2
21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) İlk oyun – 2:2
21:45. "Ştuttqart" (Almaniya) – "Seltik" (Şotlandiya) İlk oyun – 4:1
21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) İlk oyun – 1:0
00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) İlk oyun – 3:1
00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) İlk oyun – 2:1
00:00. "Nottingem Forest" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə) İlk oyun – 3:0
00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) İlk oyun – 1:0
