"Şelbörn" Xorvatiyada çempionu geridönüşlə məğlub etdi - Avroliqa

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk matçları keçirilib.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan "Şelbörn" Xorvatiya səfərində sensasiyaya imza atıb.
İrlandiya klubu Riyekada Xorvatiyanın eyniadlı çempionu üzərində geridönüşlə qələbə qazanıb.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
RFS (Latviya) - "KuPS" (Finlandiya) 1:2
"Riyeka" (Xorvatiya) - "Şelbörn" (İrlandiya) 1:2