Kubokda "Zirə" - "Sumqayıt" oyunun hakimləri açıqlandı
Sabah futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Zirə" - "Sumqayıt" matçının hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Raundun digər görüşləri martın 4-5-də baş tutacaq.
Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunu
3 mart
19:00."Zirə" - "Sumqayıt" (ilk oyun - 0:0)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı, Zirə İdman Kompleksinin stadionu
