"Nyukasl"ın stadionunda "Qarabağ" azarkeşləri üçün 2466 yer ayrıldı

"Nyukasl"ın stadionunda "Qarabağ" azarkeşləri üçün 2466 yer ayrıldı

Fevralın 24-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Nyukasl Yunayted"in qonağı olacaq "Qarabağ" azarkeşləri üçün satışa çıxarılan biletlərin qiyməti açıqlanıb.

"Mediasport" xəbər verir ki, l"ent Ceyms Park" stadionunda baş tutacaq qarşılaşmanı arenadan izləmək istəyən Ağdam klubunun azarkeşləri 115 manat ödəniş etməlidirlər.

Azarkeşlər vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edə bilərlər. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Atlılar"ın tamaşaçıları üçün stadionda 2466 yer ayrılıb.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtilə saat 00:0-da başlanacaq.