"Qarabağ" "Zalsburq"la üz-üzə

"Qarabağ" "Zalsburq"la üz-üzə

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu iyulun 15-də “Zalsburq”la yoldaşlıq oyunu keçirəcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi iyulun 7-də hazırlıq çərçivəsində Ukraynanın “Metalist 1925” klubu ilə də üz-üzə gələcək.