"Şamaxı" Qəbələyə "köçəcək"

 "Şamaxı" Qəbələyə "köçəcək"

“Şamaxı”nın yay hazırlıq planı müəyyənləşib.

Klubdan "Mediasport"a verilən məlumata görə, "şirlər"in təlim-məşq toplanışı iyulun 11-də başlanacaq.

Əyalət klubu avqustun 4-nə qədər Qəbələdə məskunlaşacaq.

Yeni baş məşqçi Azər Bağırov burada 4 yoxlama matçının keçirilməsini nəzərdə tutub.

Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri hələlik dəqiqləşmyib.

Xatırladaq ki, mövsüm başa çatan kimi "Şamaxı"nı baş məşqçi və 15 futbolçu tərk edib.