Ömər Rəcəblidən bürünc medal
İsveçrənin Lozanna şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə mübarizəyə qoşulan Azərbaycan təmsilçisi Ömər Rəcəbli uğurlu nəticə qazanıb.
81 kq çəki dərəcəsində yarışan idmançı Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevi məğlub edərək bürünc medala sahib çıxıb.
Digər cüdoçularımızdan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) ümidləri doğrultmayıblar.
Qeyd edək ki, ölkəmiz Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.


