FOTOLAR: "Borussiya" "Qarabağ"ın Suraxanıdakı stadionunda nə edir?

FOTOLAR: "Borussiya" "Qarabağ"ın Suraxanıdakı stadionunda nə edir?

Bakıda səfərdə olan Almaniyanın "Borussiya" klubu “Qarabağ”a təşəkkür edib.

"Mediasport" xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin məşq üçün dortmundlulara “Azərsun Arena”a şərait yaratmasıdır.

Niko Kovaçın komandası "Sabah"la UEFA Çempionlar Liqası matçından sonra - bu gün səhər Suraxanı stadionunda məşqə çıxıb.

Sosial şəbəkə hesablarında "atlılar"a təşəkkür mesajı paylaşan almanlar günorta saatlarında ölkələrinə yollanıblar.