"Sabah"a iki qol vuran hücumçu Bakıdakı qələbəni belə şərh etdi
"Bu qələbə bizim üçün çox vacib idi. Oyuna yaxşı başladıq və tempi istədiyimiz kimi qoruduq. Belə də davam etməliyik".
"Mediasport" xəbər verir ki, bu sözləri Dortmund "Borussiya"sının futbolçusu Seru Girassi deyib.
"Sabah"la UEFA Çempionlar Liqasının Liqa mərhələsi matçında 2 qol vuran qvineyalı hücumçu fikirlərini bölüşüb.
Bakı Olimpiya Stadionunda dubl edən forvard əsas komandasının qələbə qazanmasının vacib olduğunu qeyd edib:
"Mövsümün əvvəlindən yaxşı formadayam, özümü əla hiss edirəm. Bu gün iki də qol vurdum.
Amma əsas olan komandamızın nəticəsidir. Tək heç bir uğura nail olmaq mümkün deyil. Bu, bütün komandanın əməyinin nəticəsidir".

