Azərbaycanın 17 cüdoçusu Düşənbə Qran-prisində yarışacaq

 Azərbaycanın 17 cüdoçusu Düşənbə Qran-prisində yarışacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-pri turniri keçiriləcək.

"Mediasport" xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.

Turnirdə 17 cüdoçumuz (10 oğlan, 7 qız) qüvvəsini sınayacaq.

İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Yarışda 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.


Oğlanlar


-60 kq

Anar Quliyev

Məhəmməd Rüstəmli

-66 kq

Əhməd Rüstəmov

-73 kq

Səlim Sultanov

Özqan Quliyev

-81 kq

Məhəmməd Ağakişiyev

-90 kq

Əli Qazıməmmədov

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov


Qızlar


-48 kq

Nərgiz Əhmədova

-52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

-57 kq

Xədicə Qədəşova

Vüsalə Hacıyeva

-63 kq

Hanna Zaytseva

Nilgün Rzayeva