Bakıda ACF-in kəmər dərəcələri üzrə rəsmi imtahanı təşkil ediləcək

Avqustun 2-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
"Mediasport" xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi isə müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Bildirilib ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.