AİA dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi oldu
Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Quacquarelli Symonds (QS)" tərəfindən həyata keçirilən "QS Stars" beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza ("mükəmməl") layiq görülüb.
Bu barədə "Mediasport"a ASA-dan məlumat verilib.
ASA audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib, onlardan 5-də 5 ulduz ("mükəmməl"), digər 4-də isə 4 ulduz ("çox yaxşı") nəticəsi əldə edilib.
Akademiyanın tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik və səmərəli idarəetmə kateqoriyaları üzrə nəticəsi 5 ulduzdur.
ASA dünyada bu nəticəni əldə edə edən ilk idman profilli ali təhsil müəssisəsidir.
Xatırladaq ki, "QS Stars" ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir.
Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.

