Bu gün pley-offa yüksələcək daha 12 klubun adına aydınlıq gələcək

Bu gün pley-offa yüksələcək daha 12 klubun adına aydınlıq gələcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, "Şaxtyor" doğma azarkeşlər önündə "Panatinaikos"la qarşılaşacaq.

"Braqa" evdə ÇFR klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

FKSB isə Kosovo səfərində "Drita"nın qonağı olacaq.

Xatırladaq ki, Avroliqada pley-offa yüksələn ilk klub "Riyeka" (Xorvatiya) olub.

UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları

19:00 "KuPS" (Finlandiya) - RFS (Latviya) İlk oyun 2:1

20:00 "Mityüllan" (Danimarka) - "Fredrikstad" (Norveç) İlk oyun 3:1

21:00 "Noah" (Ermənistan) - "Linkoln" (Cəbəllütariq) İlk oyun 1:1

21:00 "Volfsberger" (Avstriya) - PAOK (Yunanıstan) İlk oyun 0:0

21:00 "Brann" (Norveç) - "Hakken" (İsveç) İlk oyun 2:0

21:30 "Breydablik" (İslandiya) - "Jrinski" (Bosniya və Herseqovina) İlk oyun 1:1

22:00 "Makkabi" (Təl-Əviv, İsrail) - "Hamrun Spartans" (Malta) İlk oyun 2:1

22:00 "Drita" (Kosovo) - FKSB (Rumıniya) İlk oyun 2:3

22:00 "Utrext" (Niderland) - "Servett" (İsveçrə) İlk oyun 3:1

22:00 "Şaxtyor" (Donetsk, Ukrayna) - "Panatinaikos" (Yunanıstan) İlk oyun 0:0

22:30 "Braqa" (Portuqaliya) - ÇFR (Rumıniya) İlk oyun 2:1

23:00 "Legiya" (Polşa) - AEK (Larnaka, Kipr) İlk oyun 1:4