"Bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası "Qarabağ"la oyun gözləyir"
UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Napoli"nin baş məşqçisi Antonio Konte Azərbaycan çempionu ilə görüş haqda danışıb.
"Mediasport" xəbər verir ki, İtaliya A Seriyasının "Atalanta" ilə matçında qeydə alınan 3:1 hesablı qələbəni şərh edən mütəxəssis artıq bütün diqqətlərini Ağdam klubu ilə qarşılaşmaya yönəltdiklərini bildirib:
"İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan "Qarabağ"la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.
Qeyd edək ki, Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Napoli" - "Qarabağ" görüşü noyabrın 25-i, saat 00:00-da "Dieqo Armando Maradona" stadionunda baş tutacaq.
