"Turan Tovuz"dan Tacikistan və Panama millilərinə çağırıldılar
Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb.
"Mediasport" xəbər verir ki, martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb.
2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də keçiriləcək.
"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama isə millisinə çağırılıb.
Təcrübəli futbolçu milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.
Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.
