Zamiqin komandasından Albaniya Superliqasında növbəti qələbə
Futbol üzrə Albaniya Superliqasında 2-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Vora"nın qonağı olub.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb - 3:1.
Meydana start heyətdə çıxan Zamiq sonadək oynayıb.
İki tura maksimum nəticə göstərən “Eqnatiya” turnir cədvəlində liderdir.


