"Qarabağ"la qarşılaşacaq "Liverpul" məşqçisi ilə vidalaşdı - RƏSMİ

"Qarabağ"la qarşılaşacaq "Liverpul" məşqçisi ilə vidalaşdı - RƏSMİ

Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Liverpul"da məşqçi ayrılığı yaşanıb.

"Mediasport" xəbər verir ki, İngiltərə nəhəngi Aaron Briqqslə yollarını ayırıb.

37 yaşlı ingilis mütəxəssis Arne Slotun rəhbərlik etdiyi "qırmızılar"ın heyətində ötən ilin yayından işləyirdi.

Xatırladaq ki, Ağdam klubunun "mersisayd"lılarla görüşü yanvarın 29-na keçən gecə, Bakı vaxtilə saat 00:00-da start götürəcək.