13 yaşlı Əhməd Xaqan dünya ikincisi Nakamuranı məğlub etdi!

13 yaşlı Əhməd Xaqan dünya ikincisi Nakamuranı məğlub etdi!

Böyük Britaniyanın paytaxtı Londonda komandalar arasında rapid və blits üzrə dünya çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, blits üzrə dünya çempionatının 5-ci turunda Türkiyə komandasının heyətində çıxış edən 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhmədin qələbəsi gündəmi zəbt edib.

2290 FİDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub.

Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.