Daha bir məşhur futbolçu yığma komanda karyerasını başa vurdu

Daha bir məşhur futbolçu yığma komanda karyerasını başa vurdu

Edin Ceko Bosniya və Herseqovina milli komandasındakı karyerasını rəsmən başa vurub.

"Mediasport" xəbər verir ki, "Bosniya almazı" UEFA Millətlər Liqasının İsveç yığması ilə oyunundan sonra təntənəli şəkildə yola salınıb.

Ölkə futbol tarixinin ən çox oyun keçirən və ən çox qol vuran oyunçusu olan 40 yaşlı hücumçu millidə 152 matçda 73 qolla yadda qaldı.

O, yığmada debütünü 2007-ci il iyunun 2-də Türkiyəyə qarşı matça edib.

Klub karyerasını "Şalke"də davam etdirən forvard 2007-ci ildən bu yana "Volfsburq", "Mançester Siti", "Roma", "İnter", "Fiorentina" və "Fənərbağça" kimi məşhur klubların formasını geyinib.