Daha bir güləşçimiz Bolqarıstanda Avropa çempionu tituluna yiyələndi

Daha bir güləşçimiz Bolqarıstanda Avropa çempionu tituluna yiyələndi

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Elvin Nəcəfzadə (85 kq) finalda rusiyalı İbrahim Maqomedova 5:4 hesabı ilə qalib gələrək Avropa çempionu olub

Qadın güləşçimiz Gülay Xasməmmədova (36 kq) finalda rusiyalı Yelizaveta Kirillovaya "tuş"la məğlub olub və turniri gümüş medalla başa vurub.

Yusif Abdullayev (38 kq) ukraynalı İvan Vasilkova (10:0), ermənistanlı Norayr Gevorqyana (11:0) və belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gələrək finala yüksəlib.

Elman İsmayılov (41 kq) gürcüstanlı Giorgi Kavelidze (tuş), belaruslu Yevgeni Latantsov (tuş), ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək finala adını yazdırıb.

Adəm Quliyev (52 kq) bolqarıstanlı Petro Karlanqaç (12:0), ermənistanlı Narek Dallakyan (6:2) və israilli Ron Brilmana (10:0) qalib gələrək həlledici mərhələyə adını yazdırıb.