Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - SİYAHI

Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - SİYAHI

İyulun 28-dən avqustun 3-dək Yunanıstanın paytaxtı Afinada keçiriləcək U-17 dünya çempionatında yarışacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışa yunan-Roma güləşçilərimiz başlayacaqlar - Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) mübarizə aparacaq.

Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq) və Esra Məmmədli (57 kq) xalçaya çıxacaq.

Sonda isə sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında "döyüşə atılacaqlar". Sadiq İsmayılov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov (65 kq), Rəşad Veysəlov (71 kq), Nihad Süleymanlı (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) medal qazanmağa çalışacaq.

Mundialda I dərəcəli hakimlərimizdən Elman İsmayılov və Natiq Hacıyev ədaləti qoruyacaq.