4 medal qazanan millimizin daha 3 üzvü finalda - Avropa çempionatı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın ilk iki günündə mübarizə aparan Azərbaycan sərbəst güləşçiləri 2 gümüş və 2 bürünc medal qazanıblar.
Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 57 kq Rəhman İmanov, 61 kq Ceyhun Allahverdiyev, 65 kq Murad Haqverdiyev, 70 kq Kənan Heybətov, 74 kq Ağanəzər Novruzov, 79 kq Fərid Cabbarov, 86 kq Arseniy Djioyev, 92 kq Sadiq Mustafazadə, 97 kq Abdulcəlil Şabanov və 125 kq Yusif Dursunov yarışıblar.
Son olaraq Ceyhun Allahverdiyev, Ağanəzər Novruzov və Arseniy Djioyev finala vəsiqə əldə ediblər. Sadiq Mustafazadə və Yusif Dursunov isə bürünc medal uğrunda güləşəcək.
Onlaradək Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq) və Murad Haqverdiyev (65 kq) bürünc medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisi qitə birinciliyinə ümumilikdə 28 güləşçi ilə yollanıb.