"Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik" - Berdıyev
"Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 21-ci turunun "Zirə" ilə oyunu haqda danışıb, 2:0 hesablı qələbəni qısa şərh edib:
"Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik".
