Azərbaycanın Olimpiya mükafatçısı Lahorda bürünc medal qazandı

 Azərbaycanın Olimpiya mükafatçısı Lahorda bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.

Bu barədə "Mediasport"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 63 kq çəki dərəcəsində bürünc mükafat əldə edib.