"Frayburq"u üstələyən "Aston Villa" UEFA Avropa Liqasının qalibi oldu
UEFA Avropa Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Aston Villa" İstanbulda baş tutan final matçında "Frayburq" üzərində inamlı qələbə qazanıb - 3:0.
Premyer Liqa klubu ilk dəfə bu turnirin qızıl medallarına yiyələnib.
Birmingemlilərin baş məşqçisi Unay Emeri isə karyerasında 5-ci dəfə bu titulu əldə edib.
Xatırladaq ki, 2024/2025 mövsümündə Avropa Liqasının qalibi digər İngiltərə klubu "Tottenhem" olmuşdu.


