Türkiyə finalında "Aston Villa"ya xüsusi qadağa qoyuldu
"Aston Villa" UEFA Avropa Liqasının bu axşamkı final matçı üçün nəzərdə tutduğu formada dəyişiklik etmək məcburiyyətində qalıb.
"Mediasport" xəbər verir ki, buna Türkiyənin Radio və Televiziya Ali Şurasının (Radyo ve Televizyon Üst Kurulu) mərc oyunlarını ehtiva edən reklamları qadağan etməsi səbəb olub.
Beləliklə, İngiltərə təmsilçisi İstanbulda meydana üzərində klubun sosial layihəsi olan "Aston Villa Foundation" yazılı forma ilə çıxacaq.
Xatırladaq ki, "Frayburq"la reallaşacaq həlledici duel Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


