UEFA Avropa Liqasında yarımfinal: Finalçılar bu axşam məlum olacaq

UEFA Avropa Liqasında yarımfinal: Finalçılar bu axşam məlum olacaq

UEFA Avropa Liqasında finalçılar bu axşam müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin bir cavab görüşü Birmingemdə olacaq.

"Villa Park" stadionunda İngiltərə derbisi baş tutacaq.

Digər cavab qarşılaşması isə Almaniyada keçiriləcək.

Xatırladaq ki, turnirin finalı mayın 20-də İstanbulda təşkil olunacaq.


UEFA Avropa Liqası. Yarımfinal mərhələsi. Cavab oyunları


23:00 "Aston Villa" (İngiltərə) - "Nottingem Forest" (İngiltərə) ilk oyun - 0:1

23:00 "Frayburq" (Almaniya) - "Braqa" (Portuqaliya) ilk oyun - 1:2