Konfrans Liqasında daha iki cavab görüşü bu gün keçiriləcək
UEFA Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin matçları keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Raunda sabah 23 görüşlə yekun vurulacaq.
Xatırladaq ki, mərhələnin ilk cavab qarşılaşması dünən reallaşıb və Lüksemburqun "Strassen" kollektivi 2-ci təsnifata vəsiqə əldə edib.
UEFA Avropa Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları
18:30 "Malişeva" (Kosovo) - "Vlajniya" (Albaniya) ilk oyun - 1:2
22:30 "Deçiç" (Monteneqro) - "Liepaya" (Latviya) 0:1


