"Liverpul"un "Qarabağ" azarkeşləri üçün ayırdığı bilet sayı açıqlandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu üçün Azərbaycan çempionunun azarkeşlərinə ayrılmış bilet sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, yanvarın 28-də "Enfild" stadionunda baş tutacaq son tur matçında ağdamlıları 1000-dən çox azarkeş dəstəkləyə biləcək.
Mersisaydlılar "atlılar"ın fanatları üçün 1250 bilet nəzərdə tutub.
Görüş Bakı vaxtilə saat 00:00-da başlanacaq.
