"Ordu" CEV Çelenc Kubokunda Norveç komandasını qəbul edir
Kişi voleybolçulardan ibarət "Ordu" komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Bakıda Norveçin "Forde" komandasını qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq duel saat 19:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında Norveçdə baş tutan ilk görüş "Ordu"nun 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

